...

Fransada bina çöküb, dağıntılar altında qalanlar var

Dünya xəbərləri Materials 7 Dekabr 2021 10:22 (UTC +04:00)
Fransada bina çöküb, dağıntılar altında qalanlar var

Bakı. Orxan Nəbiyev - Trend:

Fransanın cənub-şərqindəki Sanari-sür-Mer şəhərində qaz sızması nəticəsində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində üçmərtəbəli bina çöküb. Dağıntıların altında beş nəfərin qaldığı ehtimal edilir.

Eyni zamanda, dörd nəfər xilasedicilər tərəfindən çıxarılıb.

Hadisə yerinə 40-dan çox yanğınsöndürən və xilasedici cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti