...

İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 9 Dekabr 2021 15:14 (UTC +04:00)
İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Bakı. Elnur Bağışov – Trend:

Bu gün günorta saatlarında İranın şimalında yerləşən Mazandaran vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə İranın Mazandaran vilayəti Ramsər Aeroportu İdarəsindən bildirilib.

Təyyarə havaya qalxdıqdan sonra yaranan texniki nasazlığa görə enişt etmək məcburiyyətində qalıb və Xəzər dənizinin sahilinə düşüb.

Pilot və sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti