...

İsveç kralı və kraliçası koronavirusa yoluxub

Dünya xəbərləri Materials 5 Yanvar 2022 00:29 (UTC +04:00)

Bakı. Trend:

İsveç kralı XVI Karl Qustav və kraliçası Silviya koronavirusa yoluxublar.

Trend-in məlumatına görə, bu barədə Kral sarayına istinadən Qərb KİV-ləri xəbər verib.

Məlumata əsasən, kral və kraliça xəstəliyi yüngül formada keçirirlər.

"Koronavirusa qarşı hər üç peyvəndi vurduran kral və kraliça xəstəliyi yüngül formada keçirirlər və özlərini yaxşı hiss edirlər", - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti