...

Qazaxıstanda internet yenidən bağlanıb

Dünya xəbərləri Materials 8 Yanvar 2022 15:53 (UTC +04:00)
Qazaxıstanda internet yenidən bağlanıb

Bakı. Trend:

Qazaxıstanda bəzi bölgələrdə davam edən iğtişaşlar fonunda internetə giriş yenidən bağlanıb.

Trend-in məlumatına görə, bu barədə "Globalcheck" internet servisi bildirir.

Qeyd olunur ki, ölkədə internet yeddi saat işləyib.

Səhər saatlarında ölkədə internet rabitəsinin bərpa olunduğu bildirilirdi.

Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri vəzifələrini icra edən Baqdat Musin bildirib ki, davam edən antiterror əməliyyatları ilə əlaqədar internetə giriş məhdudlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti