...

Qazaxıstanın güc strukturları yaşayış məntəqələrində xüsusi əməliyyatı davam etdirir

Dünya xəbərləri Materials 9 Yanvar 2022 10:30 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanın güc strukturları yaşayış məntəqələrində xüsusi əməliyyatı davam etdirir.

Trend-in Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə yanvarın 9-da Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin rəhbərliyi ilə keçirilən operativ qərargahın iclasında məlum olub.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları və Silahlı Qüvvələr tərəfindən ölkədə ictimai hüquq qaydasının və qanunçuluğun bərpası, bölgələrdə fövqəladə vəziyyət rejiminə riayət olunmasının təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Nəzarət-buraxılış məntəqələri yaradılıb, bir sıra strateji obyektlər KTMT-yə üzv dövlətlərin birləşmiş sülhməramlı kontingentinə verilib. Güc strukturları qəsəbələri “təmizləmək”də davam edir. Terrorçuların yerinin müəyyən edilərək saxlanılması, sübut bazasının toplanması və sənədləşdirilməsi, müvafiq ekspertizanın aparılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti