...

Texasdakı sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri 16 Yanvar 2022 08:07 (UTC +04:00)
Texasdakı sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

ABŞ-ın Kollivil şəhərində (Texas ştatı) sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Qreq Ebbort özünün "Twitter" səhifəsində yazıb.

"Dualar qəbul olundu. Bütün girovlar azaddırlar, onlar sağdırlar və onlara zərər dəyməyib", - deyə qubernator bildirib.

XXX

00:25

ABŞ-ın Texas ştatında silahlı şəxs sinaqoqda insanları girov götürüb.

Trend-in məlumatına görə, bu barədə ABŞ KİV-ləri xəbər verib.

Məlumata əsasən, insident Kollivil şəhərində baş verib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti