...

Çili sunami xəbərdarlığını ləğv edib

Dünya xəbərləri 17 Yanvar 2022 02:19 (UTC +04:00)
Çili sunami xəbərdarlığını ləğv edib

Bakı. Trend:

Çili Milli Fövqəladə Hallar İdarəsi sunami xəbərdarlığının ləğv edildiyini bildirib. Sunami xəbərdarlığı şənbə günündən etibarən ölkənin demək olar ki, bütün bölgələrində qüvvədə olub.

Trend-in məlumatına görə, bu barədə İdarənin saytında qeyd olunub.

İdarədən bildiriblər: "Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti Arika-i-Parinakotadan Los Laqosa qədər bütün bölgələrdə, həmçinin ada ərazilərində və [Çili] Antarktidada ehtiyat rejiminin ləğv edildiyini elan edib".

Qeyd edək ki, yanvarın 15-də Çili hakimiyyət orqanları ölkənin altı rayonunda sunami təhlükəsinin "qırmızı" səviyyəsini elan edib və sahilyanı ərazilərdə evakuasiya əmri verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti