...

Yaponiyanın cənub-qərbində 6,6 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri 21 Yanvar 2022 21:26
Yaponiyanın cənub-qərbində 6,6 bal gücündə zəlzələ baş verib

Trend-i buradan izləyin

Bakı. Trend:

Yaponiyanın cənub-qərbində 6,6 bal gücündə zəlzələ baş verib.

Trend yerli Kyodo agentliyinə istinadən xəbər verir ki, güclü yeraltı təkanlara baxmayaraq, sunami təhlükəsi yoxdur.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 01:08 radələrində ölkənin cənub-qərbindəki Kyushu adasındakı Miyazaki və Oita prefekturalarında qeydə alınıb.

Xəsarət alanlar və maddi ziyanla bağlı məlumat yoxdur. Zəlzələ Yaponiyanın qərbində, eləcə də mərkəzi Yaponiyanın bir hissəsində də hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti