...

Çin koronavirusa qarşı yeni vaksini sınaqdan keçirib

Dünya xəbərləri Materials 28 Yanvar 2022 10:39 (UTC +04:00)
Çin koronavirusa qarşı yeni vaksini sınaqdan keçirib

Bakı. Orxan Nəbiyev - Trend:

Çində koronavirusa qarşı matritsa ribonukleyin turşusu (mRNT) vaksininin kliniki sınaqlarının birinci mərhələsi uğurla başa çatıb.

Trend-in məlumatına görə, vaksin "Abogen Biosciences" və "Walvax Biotechnology" şirkətləri tərəfindən Çin Hərbi Elmlər Akademiyası ilə birgə hazırlanıb.

Qeyd olunur ki, bu vaksin "Pfizer/BioNTech" şirkətlərinin vaksini ilə eyni texnologiya əsasında hazırlanıb.

Vaksinin sınaqları ötən il oktyabrın 30-dan dekabrın 2-dək Hançjou şəhərində 120 könüllünün iştirakı ilə keçirilib.

Sınaqlar və sınaqdan sonrakı müşahidələr dövründə hər hansı bir əks-təsir müşahidə olunmayıb.

Preparatın kütləvi istehsalının yaxın aylardan başlanması planlaşdırılır. İlkin mərhələdə ildə 120 milyon doza vaksinin istehsalı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti