Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Rusiyanın yeni sanksiyalarından təəssüflənir.
Trend-in məlumatına görə, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano deyib.
"Avropa İttifaqı Rusiya hakimiyyətinin Aİ-yə üzv dövlətlərin və instituların bəzi nümayəndələrinin Rusiyaya girişinə qadağa qoyulması qərarından təəssüflənir", - deyə P.Stano bildirib.
Onun sözlərinə görə, Moskvanın bu addımının heç bir hüquqi əsası yoxdur və Aİ-nin "adekvat reaksiyasına səbəb olacaq".
Xatırladaq ki, ötən gün Moskva Aİ-yə üzv dövlətlərin və intitutların Rusiya Federasiyası ərazisinə girişi qadağan olunmuş nümayəndələrinin siyahısını genişləndirib.