...

"GTA 6" kompüter oyununun hazırlanması üzrə işlər gedir

Dünya xəbərləri Materials 5 Fevral 2022 05:48 (UTC +04:00)
"GTA 6" kompüter oyununun hazırlanması üzrə işlər gedir

Bakı. Trend:

ABŞ-ın "Rockstar Games" şirkəti "Grand Theft Auto VI" kompüter oyununun hazırlanması üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti xəbər verib.

Məlumatda qeyd olunub: ""Grand Theft Auto"nun növbəti hissəsinin aktiv hazırlanma işləri tam sürətlə getdiyini təsdiqləməkdən məmnunuq".

Tərtibatçılar buraxılış tarixi barədə məlumat verməyiblər və oyunun xüsusiyyətlərini açıqlamayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti