...

Yəməndə mina partlayışı nəticəsində 10 əsgər həlak olub

Dünya xəbərləri Materials 9 Fevral 2022 00:07 (UTC +04:00)
Yəməndə mina partlayışı nəticəsində 10 əsgər həlak olub

Bakı. Trend:

Yəmənin şimal-qərbindəki Həccə əyalətində minanın partlaması nəticəsində azı 10 əsgər həlak olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanı sərhədi yaxınlığındakı Həccənin strateji bölgəsində husi üsyançıları tərəfindən qoyulmuş minanın partlaması nəticəsində baş verib.

Partlayış nəticəsində hökumətyönlü qüvvələrin hərbi maşını məhv edilib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumlarının dəstəyi altında Yəmən hökumət qüvvələri son vaxtlar husi üsyançıları ilə şiddətli döyüşlər aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti