...

Vyetnamda yük maşını uçurumdan aşıb, ölən və yaralılar var

Dünya xəbərləri Materials 9 Fevral 2022 08:21 (UTC +04:00)
Vyetnamda yük maşını uçurumdan aşıb, ölən və yaralılar var

Bakı. Trend:

Vyetnamın mərkəzində yüksək dağlıq Gia Lai əyalətində yük maşınının uçurumdan aşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Trend Sinxua agentliyinə istinadən xəbər verir ki, qəza yerli vaxtla təxminən gecə saat 2-də baş verib. Çipslə yüklənmiş 16 tonluq avtomobil Dak Doa rayonunda qayalığın kənarından yuvarlanaraq dərəyə aşıb.

Məlumata görə, yaralılardan biri xəstəxanadan evə buraxılıb, ikisinin müalicəsi davam edir. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılırdı.

Ölkənin Baş Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə Vyetnamda ümumilikdə 11 454 yol-nəqliyyat hadisəsi baş verib, 5700-dən çox insan həlak olub, 8000-ə yaxın insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti