...

Braziliyada daşqınlar 70-dən çox insanın həyatına son qoyub

Dünya xəbərləri Materials 17 Fevral 2022 03:50 (UTC +04:00)
Braziliyada daşqınlar 70-dən çox insanın həyatına son qoyub

Bakı. Trend:

Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq bölgələri) güclü yağışlar və nəticədə torpaq sürüşməsi və daşqınların qurbanlarının sayı 78 nəfərə çatıb.

Trend Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Hazırda xilasedicilər dağıntılar altından sağ qalan 16 nəfəri çıxara biliblər, dağıntılar altında daha neçə nəfərin ola biləcəyi məlum deyil. Axtarış işlərində 400 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir.

Petropolis meriyası üç günlük matəm elan edib. Evlərini tərk edən 300-dən çox insan məktəblərə və sığınacaqlara yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti