...

Kraliça II Yelizavetanın səhhətində problemlər yaranıb

Dünya xəbərləri Materials 17 Fevral 2022 06:48 (UTC +04:00)
Kraliça II Yelizavetanın səhhətində problemlər yaranıb

Bakı. Trend:

Böyük Britaniyanın 95 yaşlı monarxı kraliça II Yelizavetanın səhhətində problemlər yaranıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, kral ailəsinin başçısı yeriməkdə çətinliklə üzləşib.

Çərşənbə günü Vindzor sarayında kraliçaya səhhətiylə bağlı sual verdikdə, o, "gördüyünüz kimi hərəkət edə bilmirəm" söyləyib.

Daily Mail nəşri mənbəyə istinadən bildirir ki, kraliça əsayla belə hərəkət etməkdə çətinlik çəkir. İlkin ehtimala görə, buna səbəb yaşla bağlı olan dəyişikliklərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti