...

Fransa qondarma "DXR" və "LXR"-in tanınmasını BMT Nizamnaməsinin pozuntusu adlandırıb

Dünya xəbərləri Materials 22 Fevral 2022 06:38 (UTC +04:00)

Bakı. Trend:

Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Riviere Rusiyanın qondarma "Donetsk və Luqansk Xalq Respublikaları" ("DXR" və "LXR") tanınmasını BMT Nizamnaməsini pozuntusu adlandırıb və əlavə edib ki, belə bir addım Avropa tərəfindən sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa nümayəndəsi bu fikirləri hazırda davam edən BMT Təhlükəsizlik Şurasının Ukrayna ətrafında vəziyyətlə bağlı iclasından əvvəl səsləndirib.

"Bu, açıq-aydın beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu, 2202 saylı qətnamənin, Minsk razılaşmalarının, BMT Nizamnaməsinin pozulmasıdır. Bu qərarın Avropa tərəfindən nəticələri olacaq, biz sanksiyalar tətbiq edə bilərik", - N. Riviere bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti