...

Ukraynanın Aİ-yə üzvlük ərizəsi Brüsseldə rəsmi olaraq qeydə alınıb - Zelenski

Dünya xəbərləri Materials 1 Mart 2022 05:02 (UTC +04:00)
Ukraynanın Aİ-yə üzvlük ərizəsi Brüsseldə rəsmi olaraq qeydə alınıb - Zelenski

Bakı. Trend:

Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizəsi artıq Brüsselə çatdırılıb və rəsmi qeydiyyata alınıb.

Trend-in məlumatına görə, bunu Ukraynanın prezidenti Volodimir Zelenski deyib.

"Daha bir şeyi demək çox vacibdir. Biz bunu 30 ildir gözləyirik. Bu gün mən Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzaladım. Mübarizədə biz Avropada hamı ilə bir yerdə olmaq haqqımızı qazandıq. Ərizə artıq Brüsselə çatdırılıb, rəsmi qeydiyyatdan keçib. Vaxt gəldi", - deyə V.Zelenski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti