...

Suriyada terrorçular hərbi avtobusa hücum ediblər, ölən və yaralılar var

Dünya xəbərləri Materials 7 Mart 2022 00:02 (UTC +04:00)
Suriyada terrorçular hərbi avtobusa hücum ediblər, ölən və yaralılar var

Bakı. Trend:

İŞİD qruplaşmasının terrorçu dəstəsi Suriyanın Palmira şəhərinə gedən magistral yolda hərbçiləri daşıyan avtobusa hücum edib.

Trend xəbər verir ki, silahlı hücum nəticəsində 13 əsgər və zabit həlak olub, daha 18 nəfər yaralanıb.

Hücum hökumət qüvvələrinin nəzarəti altında olan Mahatta es Salis neft stansiyasının yaxınlığında həyata keçirilib. Bu ilin əvvəlində terrorçular adıçəkilən ərazidə digər bir hərbi avtobusa atəş açmışdılar.

Nədicədə 5 hərbçi öldürülmüş, 20 nəfər isə yaralanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti