Bakı. Trend:
"PepsiCo" şirkəti Rusiyada içkilərin satışı dayandırır, lakin bir sıra məhsulların, o cümlədən uşaq qidalarının satışını davam etdirəcək.
Trend-in məlumatına görə, bu barədə şirkətin saytında bildirilir.
"Biz Pepsi-Cola-nın və qlobal içki brendlərimizin, o cümlədən 7Up və Mirinda-nın Rusiyada satışının dayandırıldığını elan edirik. Həmçinin Rusiyada investisiya və reklam fəaliyyətini dayandıracağıq", - deyə şirkətin saytında bildirilir.