...

Çin hakimiyyəti qəzaya uğrayan təyyarədəki 132 nəfərin hamısının öldüyünü bildirib

Dünya xəbərləri Materials 26 Mart 2022 21:16 (UTC +04:00)

Bakı. Trend:

Martın 21-də Çində qəzaya uğrayan "Boeing 737" təyyarəsinin 132 sərnişini və ekipaj üzvlərinin hamısı ölmüş elan edilib.

Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Mülki Aviasiya Administrasiyasının rəis müavini Hu Çjenxun mətbuat konfransında bildirib.

"Martın 21-də havaya qalxan "China Eastern Airlines MU5735" reysinin göyərtəsində olan 123 sərnişin və 9 ekipaj üzvünün hamısı həlak olub", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti