...

İranda koronavirusdan daha 46 nəfər ölüb

Dünya xəbərləri Materials 29 Mart 2022 13:15 (UTC +04:00)
İranda koronavirusdan daha 46 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 2 743 nəfər koronavirusa (COVID-19) yoluxub, 46 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 140 109 nəfərə, yoluxanların sayı isə 7 156 746 nəfərə çatıb. Virus daşıyıcılarından 1 477 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 863 298 nəfər koronavirusdan sağalıb, 49,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 147 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 26,1 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti