...

ABŞ KXDR-yə qarşı sanksiyaları genişləndirib

Dünya xəbərləri Materials 2 Aprel 2022 07:39 (UTC +04:00)
ABŞ KXDR-yə qarşı sanksiyaları genişləndirib

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi Koreya Xalq Demokrtaik Respublikasına (KXDR) qarşı sanksiyalar siyahısını genişləndirərək, ora daha beş təşkilat əlavə edib.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

ABŞ-ın sanksiyaları xüsusilə KXDR-in Raket Sənayesi Nazirliyinə təsir edəcək.

Açıqlamada qeyd edilir ki, bundan sonra ABŞ maliyyə müəssisələrinin nümayəndələrinə bu qurumla əməliyyatlar aparmaq qadağandır.

Sanksiyalar siyahısına nazirlikdən əlavə KXDR-nin 4 ticarət korporasiyası da daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti