...

Serbiya Türkiyədən "Bayraktar" PUA-ları alacaq - Vuçiç

Dünya xəbərləri Materials 10 Aprel 2022 01:16 (UTC +04:00)
Serbiya Türkiyədən "Bayraktar" PUA-ları alacaq - Vuçiç

Bakı. Trend:

Serbiya Türkiyədən "Bayraktar" pilotsuz uçuş aparatları (PUA) almaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Serbiyanın prezidenti Aleksandar Vuçiç "Alovlu qalxan" təlimlərinin yekunları üzrə çıxışında deyib.

"Biz helikopter aviasiyamızı gücləndirəcəyik, həmçinin pilotsuz uçuş aparatlarının sayını artıracağıq. Mən iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla söhbətdə "Bayraktar" PUA-ları istədim və söz aldım ki, növbəsiz şəkildə bu PUA-ları almaq imkanı əldə edəcəyik", - deyə A.Vuçiç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti