...

İlon Maska Şri-Lankanın xarici borclarını satın almaq təklif olunub

Dünya xəbərləri Materials 16 Aprel 2022 13:58 (UTC +04:00)
İlon Maska Şri-Lankanın xarici borclarını satın almaq təklif olunub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanlı iş adamı, "Snapdeal" şirkətinin rəhbəri Kunal Bahl "Tesla" və "SpaceX" şirkətlərinin təsisçisi İlon Maska "Twitter"in əvəzinə Şri-Lankanın xarici borclarını satın almağı təklif edib.

Trend-in məlumatına görə, bu barədə Hindistan mətbuatı yazır.

"İlon Maskın "Twitter"i almaq üçün təklifi 43 milyard dollardır. Şri-Lankanın xarici borcu 45 milyard dollardır. O, borcu alıb oranı Seylon Mask adlandıra bilər".

Xatırladaq ki, İlon Mask ötən həftə "Twitter"in səhmlərinin 9,2 faizini satın alıb. O, bir neçə gün əvvəl şirkəti bütünlüklə satın almaq fikrində olduğunu bildirmişdi.

Şri-Lanka isə bir neçə gün əvvəl xarici borclarla əlaqədar defolt elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti