...

Meksikada miqrantları daşıyan mikroavtobus körpüdən aşıb, ölən və yaralılar var

Dünya xəbərləri Materials 21 Aprel 2022 06:57 (UTC +04:00)
Meksikada miqrantları daşıyan mikroavtobus körpüdən aşıb, ölən və yaralılar var

Bakı. Trend:

Mərkəzi Amerikadan olan miqrantları daşıyan mikroavtobus Meksikanın şərqindəki Verakruz ştatında magistral yolda körpüdən aşıb.

Trend yerli KİV-ə istinadla xəbər verir ki, nəticədə azı iki nəfər həyatını itirib daha 15 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanalarına çatdırılıb, onların vəziyyəti ilə bağlı məlumat verilmir. İlkin məlumatlara görə, miqrantlar şərqdəki Tabasko ştatından Meksikanın şimalındakı ABŞ sərhədinə getmək niyyətində olublar.

Səlahiyyətli orqanların əməkdaşları qəzanın başvermə səbəblərini araşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti