Bakı. Trend:
KXDR-in hərbi sahədə addımları getdikcə gözlənilməz xarakter alır.
Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının (NORTCOM) rəhbəri general Qlen Vanhurk deyib.
Onun sözlərinə görə, Pxenyanın yaxın həftələr, hətta günlər ərzində yeni ballistik raket sınaq buraxılışının həyata keçirilməsi istisna edilmir.
"Hazırkı mərhələdə ABŞ kontinental hissəsini KXDR-in potensial zərbəsindən qorunmasını təmin etmək üçün qüvvələrə və vasitələrə malikdir", - general əlavə edib.
Şimal Komandanlığı Birləşmiş Ştatların kontinental hissəsinin müdafiəsinə cavabdehdir. Bundan əlavə, Vanhurk Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) rəhbəridir.