...

Dünya ölkələrinin hərbi xərcləri ilk dəfə 2 trilyon dolları ötüb

Dünya xəbərləri Materials 26 Aprel 2022 01:24 (UTC +04:00)
Dünya ölkələrinin hərbi xərcləri ilk dəfə 2 trilyon dolları ötüb

Bakı. Trend:

2021-ci ildə dünya ölkələrinin hərbi xərcləri tarixdə ilk dəfə olaraq 2 trilyon dolları keçib.

Trend "Al Jazeera" agentliyinə istinadla xəbər verir ki, bu barədə nüfuzlu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute - SIPRI) bazar ertəsi dərc etdiyi hesabatda deyilir.

Qeyd olunur ki, dünya ölkələri üzrə hərbi xərclərin böyük hissəsi beş ölkə - ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiyanın payına düşüb. Bu ölkələrin hərbi xərcləri ümumi göstəricinin 62 faizini təşkil edib.

"2021-ci ildə hərbi xərclər artaraq 2,1 trilyon dollara çatıb. Bu, indiyədək qeydə aldığımız ən yüksək rəqəmdir", - SIPRI-nin baş tədqiqatçısı Dieqo Lopes da Silva qeyd edib.

Təşkilat vurğulayır ki, qlobal COVID pandemiyasından qaynaqlanan iqtisadi tənəzzülə baxmayaraq, dünya ölkələri öz arsenallarını artırıb və ötən il qlobal hərbi xərclər 0,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti