...

"SpaceX" Bəhreyndə "Starlink"in istismarına icazə alıb

Dünya xəbərləri Materials 27 Aprel 2022 22:10 (UTC +04:00)
"SpaceX" Bəhreyndə "Starlink"in istismarına icazə alıb

Bakı. Trend:

Bəhreynin telekommunikasiya tənzimləyicisi ABŞ-ın "SpaceX" şirkətinin "Starlink" peyk rabitə sisteminin ölkədə istismarı üçün icazə verib.

Trend xəbər verir ki, bu barədə "Bəhreyn" informasiya agentliyi xəbər yayıb.

Qərarı şərh edən telekommunikasiya tənzimləyicisinin direktoru Filip Marnik bildirib ki, "[Bəhreynin] üstün rəqabət qabiliyyəti və açıq bazarı onu yeni xidməti təqdim etmək üçün ideal yerə çevirir".

Agentlik qeyd edir ki, Bəhreyn regionda "Starlink"in istismarına icazə verən ilk ölkə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti