...

Türkiyə terrorla mübarizəni davam etdirəcək - Ərdoğan

Dünya xəbərləri Materials 28 Aprel 2022 06:10 (UTC +04:00)
Türkiyə terrorla mübarizəni davam etdirəcək - Ərdoğan

Bakı. Trend:

Türkiyə İraqın şimalından gələn terror təhlükəsinə qarşı güzəştsiz mübarizəsini davam etdirəcək.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bildirib ki, Türkiyənin İraqın şimalında aprelin 18-dən həyata keçirdiyi “Pəncə Kilid” antiterror əməliyyatı zamanı PKK terror təşkilatının 60 silahlısı zərərsizləşdirilib.

Onun sözlərinə görə, əməliyyatda Türkiyə xüsusi təyinatlılarının hərbçiləri fəal rol oynayır.

Türkiyə Prezidenti qeyd edib ki, terrorçuların yerindən asılı olmayaraq xüsusi təyinatlılar o əraziyə daxil olacaqlar.

Xatırladaq ki, aprelin 18-nə keçən gecə Türkiyənin milli müdafiə naziri Hulusi Akar "Pençe Kilit" əməliyyatının başladığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti