Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi "Fərat qalxanı" antiterror əməliyyatında 7 PKK terrorçusunu zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunub ki, Türkiyə hərbçiləri PKK-nın hücumunun qarşısını alıb.
Bölgədə antiterror əməliyyatı davam etdirilir.