Bakı. Trend:
Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya hərbi yardımın 500 milyon avro həcmində dördüncü tranşını təsdiqləmək niyyətindədir.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının müdafiə nazirlikləri rəhbərlərinin mayın 17-nə planlaşdırılan görüşünün proqramını şərh edən yüksəkvəzifəli avropalı məmur bildirib.
"Biz gələn həftə, təbii ki, milli büdcə prosedurlarını nəzərə alaraq, siyasi razılığa emid edirik", - deyə o bildirib.
Onun sözlərinə görə, görüşdə müdafiə nazirləri "yerdəki" vəziyyəti və Aİ-nin müxtəlif fəaliyyət istiqamətlərini müzakirə edəcəklər: hərbi, diplomatik və iqtisadi sahələrdə.
Qeyd edilir ki, görüşdə 27 üzv-ölkənin nazirləri ilə yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın müdafiə naziri Aleksiy Reznikov da iştirak edəcək.