Bakı. Trend:
ABŞ-ın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edib.
Trend xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
"O gün gəldi. Bu gün biz ABŞ-ın Kiyevdəki səfirliyində rəsmi olaraq fəaliyyəti bərpa edirik", - deyə E.Blinken bildirib.
Dövlət katibi qeyd edib ki, səfirlik binası üzərində yenidən ABŞ bayrağı qaldırılıb. E.Blinken həmçinin qeyd edib ki, "Kiyevə qayıdan həmkarlarımızın təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülüb".