...

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

Dünya xəbərləri Materials 24 May 2022 11:56
İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

Trend-i buradan izləyin

Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.

Trend-in məlumatına görə, bunu İranın Böhranın İdarə Olunması Təşkilatının sədri Məhəmməd Hüseyn Nami deyib.

M.Naminin sözlərinə görə, hadisə nəticəsində indiyədək 32 nəfər yaralanıb.

Hələlik dağıntılar altında neçə nəfərin qalması haqqında dəqiq məlumat yoxdur. Hazırda dağıntıların təmizlənməsi və axtarış-əməliyyat tədbirləri davam edir.

Binanın digər hissəsinin çökməsi təhlükəsi də var. Hadisə yerinə 50-yə yaxın təcili yardım maşını cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti