...

İsveçrə Ukraynaya 180 milyon dollardan çox humanitar yardım edib

Dünya xəbərləri Materials 27 May 2022 08:38 (UTC +04:00)
İsveçrə Ukraynaya 180 milyon dollardan çox humanitar yardım edib

Bakı. Trend:

Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin koordinasiyası ilə İsveçrənin Ukraynadakı səfirliyi aprel-may aylarında ölkənin altı rayonuna humanitar yardım çatdırıb.

Trend "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Qeyd edilib ki, İsveçrədən humanitar yardım Odessa (1,2 min ton), Vinnitsa (1,1 min ton), Sumı (563 ton), Xarkov (527 ton), Dnepropetrovsk (540 ton) və Nikolayev (818 ton) vilayətlərinə gəlib.

Humanistar yardımın dəyəri 180 milyon dollardan artıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti