...

NATO-nun baş katibi Finlandiyanın baş naziri ilə ölkənin alyansa qoşulmasının perspektivlərini müzakirə edib

Dünya xəbərləri Materials 4 İyun 2022 08:19 (UTC +04:00)
NATO-nun baş katibi Finlandiyanın baş naziri ilə ölkənin alyansa qoşulmasının perspektivlərini müzakirə edib

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın paytaxtı Vaçinqtonda Finlandiyanın baş naziri Sanna Marin ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə NATO-nun baş katibi özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş zamanı Finlandiyanın Şimali Atlantika Alyansına mümkün üzvlüyü müzakirə edilib.

"Biz Türkiyənin narahatlıqlarının nəzərə alınmasının, Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı təkliflərinin irəli sürülməsi ehtiyacını müzakirə etdik", - deyə Y.Stoltenberq bildirib.

Finlandiya və İsveçin NATO-dakı səfirləri Klaus Korhonen və Aksel Vernhoff mayın 18-də Y.Stoltenberqə ölkələrinin NATO-ya üzv olması üçün ərizələri rəsmən təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti