...

Avstraliya sualtı gəmi müqaviləsini ləğv etdiyinə görə Fransaya yarım milyard dollar ödəyəcək

Dünya xəbərləri Materials 12 İyun 2022 04:55 (UTC +04:00)
Avstraliya sualtı gəmi müqaviləsini ləğv etdiyinə görə Fransaya yarım milyard dollar ödəyəcək

Bakı. Trend:

Avstraliya hökuməti nüvə sualtı qayıqlarının tikintisi ilə bağlı çoxmilyardlıq müqaviləni ləğv etdiyinə görə fransız gəmi istehsalçısı Naval Group-a 585,2 milyon dollar təzminat ödəyəcək.

Trend xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazır.

Avstraliyanın Baş naziri Entoni Albanese qeyd edib ki, hakimiyyət Fransanın Hind-Sakit okean regionunda rolunu və iştirakını yüksək qiymətləndirir. Onun sözlərinə görə, indi iki ölkə “ortaq prinsipləri və maraqları qorumaq üçün” yenidən birləşə biləcək.

2021-ci ildə Avstraliya, Böyük Britaniya və ABŞ üçtərəfli müdafiə və təhlükəsizlik tərəfdaşlığı sazişi imzaladılar. Müqavilə AUKUS (üç iştirakçı ölkənin adının abbreviaturası) adlanırdı. Sənəd 18 ay ərzində Avstraliya Hərbi Dəniz Qüvvələri üçün nüvə sualtı qayıqlarının yaradılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti