...

Livanda meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb

Dünya xəbərləri Materials 20 İyun 2022 15:53 (UTC +04:00)
Livanda meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Livanda meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, virus xaricdən gəlmiş qadında aşkar edilib. Onun ev şəraitində təcrid olunduğu, sağlamlıq vəziyyətinin stabil olduğu deyilir.

Hazırda həmin qadının təmasda olduğu şəxslər müəyyənləşdirilir. Onun hansı ölkədən olduğu açıqlanmayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək meymunçiçəyinə 50-yə yaxın ölkədə 2 mindən çox şəxs yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti