...

Ekvadorda hökumət əleyhinə etirazlar zamanı bir nəfər ölüb

Dünya xəbərləri Materials 21 İyun 2022 08:30 (UTC +04:00)
Ekvadorda hökumət əleyhinə etirazlar zamanı bir nəfər ölüb

Bakı. Trend:

Ekvadorda hökumət əleyhinə nümayişçilərdən ən azı bir nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Premsa Latina" agentliyi xəbər verib.

Məlumata əsasən, ölüm hadisəsi ölkənin paytaxtı Kito şəhərinin şimalın hissəsində baş verib.

Bir qrup etirazçının dərəyə yıxıldığı, 3 nəfərin ağır yaralandığı bildirilb.

Polisdən verilən məlumata görə, etirazçılarla toqquşma zamanı 60-dan çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

İğtişaşların təşəbbüskarı Ekvadorun Yerli Xalqları Konfederasiyası olub. Onlar benzinin qiymətinin aşağı salınmasını və cinayətkarlığın artması fonunda vətəndaşların təhlükəsizliyini təmin etməyi tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti