...

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb

Dünya xəbərləri Materials 23 İyun 2022 16:50 (UTC +04:00)
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin iyunun 23-də keçirilən növbəti iclasında uçot dərəcəsi açıqlanıb.

Trend-in məlumatına görə, Mərkəzi Bank uçot dərəcəsini dəyişməyərək 14 faiz səviyyəsində saxlayıb.

Xatırladaq ki, TMB ötən ilin dekabrında Türkiyə lirəsinin kəskin ucuzlaşması fonunda həmin göstəricini 15 faizdən 14 faizədək azaltmışdı.

O vaxtdan sonra keçirilən 6 iclasda uçot dərəcəsi dəyişməz saxlanılıb.

Hazırda Türkiyə birjalarında ABŞ dolları 17,36 lirəyə alınıb-satılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti