Bakı. Trend:
Danimarkanın paytaxtında ticarət mərkəzində baş verən atışma nəticəsində bir neçə nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə Kopenhagen polisi öz "Twitter" səhifəsində yazıb.
"Bir neçə nəfər ölüb, bir neçə nəfər yaralanıb", - deyə bildirilib. Ölən və yaralananların dəqiq sayı barədə məlumat verilməyib.
"Associated Press" qəzeti xəbər verib ki, polis əməkdaşları atışmada şübhəli bilinən şəxsi saxlayıb.
xxx
21:56
Kopenhagen ticarət mərkəzində atışma nəticəsində bir neçə nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Associate Press" qəzeti Danimarka polisinə istinadən bildirib.
Qeyd olunub ki, hadisədə şübhəli bilinən bir nəfər saxlanılıb.
Digər təfərrüatlar hələki verilməyib.