Bakı. Trend:
Danimarkanın paytaxtı Kopenhagendə ticarət mərkəzində baş verən atışmada 3 nəfər ölüb, daha 3 nəfərin vəziyyəti ağırdır.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi şəhər polis rəisinə istinadən bildirib.
Xəsarət alanların ümumi sayı açıqlanmayıb.
Agentlik qeyd edib ki, polis hücum edənin əvvəllər saxlanılan 22 yaşlı danimarkalı olduğuna əmindir. Həbs zamanı onun üzərindən tüfəng və patronların tapıldığı bildirilib.