Bakı. Trend:
Danimarkanın paytaxtı Kopenhagen məhkəməsi ötən gün ticarət mərkəzində üç nəfəri qətlə yetirmiş şəxsin psixiatrik xəstəxanaya yerləşdirilməsi barədə qərar verib.
Trend-in məlumatına görə, şübhəli şəxs qapalı tibb müəssisəsində müalicə olunacaq.
Məhkəmə onun azadlığa çıxacağı təqdirdə daha bir cinayət törədə biləcyi ehtimalı olduğunu bildirib.
Xatırladaq ki, ötən gün tüfənglə silahlanmış 22 yaşlı şəxs Kopenhagenin ən böyük ticarət mərkəzində insanlara atəş açıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 4 nəfər isə ağır yaralanıb. Polis atəş açan şəxsi qısa müddət sonra ticarət mərkəzinin yaxınlığında saxlayıb.