...

Akar və Reznikov Ukraynada atəşkəsin yollarını müzakirə ediblər

Dünya xəbərləri Materials 9 İyul 2022 01:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın müdafiə naziri Aleyksey Reznikov arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Telefon danışığı zamanı H.Akar Ukraynada mümkün qədər tez bir zamanda atəşkəsin vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, Türkiyə Ukraynaya sülh quruculuğuna və humanitar yardıma töhfə verməyə davam edəcək.

Söhbət zamanı nazirlər A400M təyyarələrinin Türkiyəyə təhlükəsiz daşınmasının təmin edilməsi məsələsini də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti