...

Ərdoğan Zelenski ilə "taxıl dəhlizi" planını müzakirə edib

Dünya xəbərləri Materials 11 İyul 2022 19:44 (UTC +04:00)
Ərdoğan Zelenski ilə "taxıl dəhlizi" planını müzakirə edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, telefon danışığı zamanı tərəflər Ukraynadakı hadisələri və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Ukraynanın taxıl məhsullarının dünya bazarına çatdırılması üçün BMT-nin hazırladığı plan üzərində işləməyə davam edir.

Ukraynadakı hadisələrin həllinin yalnız diplomatiya yolu ilə olacağını və bunun üçün danışıqlar masasının açıq saxlanılması lazım olduğunu vurğulayan Türkiyə Prezidenti, İstanbul prosesində asanlaşdırma və vasitəçilik də daxil olmaqla hər cür dəstəyi təqdim etməyə hazır olduqlarını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti