Bakı. Trend:
Rusiyada iyun ayında inflyasiya 15,9 faiz təşkil edib, aylıq ifadədə qiymətlər 0,35 faiz azalıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Rusiya Bankı (Mərkəzi Bank) açıqlamasında deyilir.
"İyun ayında istehlak qiymətləri orta hesabla 0,35 faiz ucuzlaşıb. İllik inflyasiya 15,9 faizə qədər düşüb", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, baza ssenarisində Rusiya Bankı 2022-ci ildə inflyasiyanın 14-17 faizə çatacağını gözləyir. Davam edən vəsait-kredit siyasəti nəzərə alınmaqla illik inflyasiya 2023-cü ildə 5-7 faizə qədər azalacaq, 2024-cü ildə isə 4 faizə qayıdacaq.