...

Dünyada koronavirusa yoluxanların sayı 561,9 milyonu ötüb

Dünya xəbərləri Materials 17 İyul 2022 11:38 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 561,9 milyonu ötüb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 561,9 milyon nəfəri keçib.

Trend xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 561 980 103 nəfərə, koronavirusdan ölənlərin sayı isə 6 368 794 nəfərə çatıb.

Məlumata əsasən, ən çox yoluxma halları ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniyada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti