...

ABŞ Dövlət Departamenti İranı yeni sanksiyalarla hədələyib

Dünya xəbərləri Materials 19 İyul 2022 00:46 (UTC +04:00)
ABŞ Dövlət Departamenti İranı yeni sanksiyalarla hədələyib

Bakı. Trend:

İran Rusiyaya pilotsuz uçuş aparatlarını verərsə, ABŞ və müttəfiqləri bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Trend xəbər verir ki, bunu jurnalistlər üçün brifinq zamanı ABŞ DÖvlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

"İran tərəfindən Rusiaynın pilotsuz texnologiya ilə təmin olunması ilə bağlı narahatlığımızı artıq ifadə etmişik. Biz vəziyyəti izləməyə davam edəcəyik. Bütün sanksiyalarımız qüvvədə qalır. Bu qəbildən olan istənilən əməliyyat bizim əlimizdə olan bir sıra sanksiyalarla, eləcə də, ehtimal ki, dünyanın digər ölkələrindən bir sıra sanksiyalarla nəticələnəcək", - deyə N.Prays bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden administrasiyasından daha əvvəl bildirib ki, İran Rusiyaya bir neçə yüzə qədər pilotsuz uçuş aparatı, o cümlədən silah daşıya bilən PUA-lar verməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti