...

İngiltərədə son 111 ilin ən quraq iyul ayı qeydə alınıb

Dünya xəbərləri Materials 28 İyul 2022 15:28 (UTC +04:00)
İngiltərədə son 111 ilin ən quraq iyul ayı qeydə alınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin iyul ayı İngiltərədə son 111 ildə ən quraq ay hesab olunub.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Meteorologiya Xidməti bildirib.

Qeyd olunub ki, ayın əvvəlindən İngiltərəyə cəmi 15,8 millimetr yağıntı düşüb ki, bu da 1911-ci ildən bu yana ən aşağı göstərici olub.

Ümumilikdə, Böyük Britaniya üçün isə iyul ayı 1984-cü ildən bəri ən quraq ay olub.

Eyni zamanda, bu ay bir neçə dəfə İngiltərə üçün ən yüksək temperatur qeydə alınıb. İyulun 19-da London yaxınlığında havanın temperaturu 40,2 dərəcəyə çatıb. Bundan əvvəlki rekord (38,7 dərəcə) 2019-cu ildə qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti