Bakı. Trend:
Pakistanda son sutka ərzində daşqınlar nəticəsində azı 28 nəfər həlak olub.
Trend-in məlumatına görə, iyulun ortalarından etibarən davam edən musson yağışlarının səbəb olduğu daşqınlardan ölənlərin sayı 400 nəfərə çatıb.
Ölkədə 8,6 mindən çox ev dağılıb, 650 kilometr uzunluğunda avtomobil yolları su altında qalıb.
Pakistanda daşqınlardan ən çox ziyan cənub-qərbi Bəlucistan əyalətinə dəyib. Burada 136 nəfər daşqının qurbanı olub, mindən çox sakin xəsarət alıb. 20 mindən çox sakin müvəqqəti düşərgələrə təxliyə olunub.