...

Prezident Ərdoğan: Türkiyə G20 ölkələri arasında iqtisadi artımda liderdir

Dünya xəbərləri Materials 7 Avqust 2022 01:51 (UTC +04:00)
Prezident Ərdoğan: Türkiyə G20 ölkələri arasında iqtisadi artımda liderdir

Bakı. Trend:

Prezident Rəcəb Tayyib Ərdoğan Gebze İnformatika Vadisində keçirilən "Kocaeliyə dəyər qatan şəxslər - texnologiya və sənaye mərkəzi"nin mükafatlandırma mərasimində çıxış edib.

Trend-in məlumatına görə, dövlət başçısı belə bir mühüm tədbirin təşkilinə görə Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Dövlət başçısı çıxışında İnformatika Vadisinin yüksək fəaliyyətini bu sözlərlə qeyd edib: “Kocaeliyə dəyər qatan şəxslər artıq proqramın əhatə dairəsinə sığmır, onları Türkiyəyə dəyər qatan şəxslər adlandırmaq ola”

3 il əvvəl bu texnoparkda olduğunu xatırladan prezident bu illər ərzində inkişafı və əldə olunan nəticələri məmnunluqla vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyə sabit iqtisadi artım göstərən nadir ölkələrdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti